Azərbaycan millisinin qapıçısı Emil Balayev "Tobol"la yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Kostanay təmsilçisi 26 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıqla xitam verib. Qazaxıstan klubu ötən mövsüm əsas heyət üzvü olan Balayevə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Tobol"un heyətində 36 oyunda iştirak edən Emil Balayev ötən mövsüm Qazaxıstan Premyer Liqasının ən yaxşı qapıçısı seçilib. Millimizin üzvünün müqavilə müddəti yaya qədər idi.
Azərbaycan millisinin qapıçısı "Tobol"dan ayrılıb
31 yanvar 2020 20:59 (UTC +04:00)