Dağıstanda məscidin imamı qətlə yetirilib - VİDEO

Dağıstanda məscidin imamı qətlə yetirilib - <span style="color: red;">VİDEO
# 09 sentyabr 2015 12:39 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Dağıstanda məscidin imamı qətlə yetirilib. APA-nın Rusiya bürosunun məlumatına görə, bu gün səhər saat 04:00 radələrində Xasavyurt rayonunun Yeni Kuruş kəndində yerləşən məscidin imamı, 34 yaşlı Maqomed Xıdırov odlu silahdan açılan atəş nəticəsində öldürülüb.


Hadisəni 2 maskalı şəxsin törətdiyi xəbər verilir. İmam Maqomed Xıdırovun yerli radikallarla münaqişədə olduğu və onları ənənəvi islama cəlb etməyə cəhd göstərdiyi bildirilir.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “qəsdən adam öldürmə” və “qanunsuz odlu silah gəzdirmə” maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR