Tovuzda piyada naməlum avtomobil tərəfindən vurulub

Tovuzda piyada naməlum avtomobil tərəfindən vurulub
# 09 aprel 2018 20:31 (UTC +04:00)

Tovuzda piyada naməlum avtomobil tərəfindən vurulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini, 2000-ci il təvəllüdlü Rəhimov İsmayıl Ramiz oğlu markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub.

Xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR