Bakıda “Azərbaycanda dövlət-din münasibətləri-25 il” mövzusunda konfrans keçirilib

Bakıda “Azərbaycanda dövlət-din münasibətləri-25 il” mövzusunda konfrans keçirilib
# 14 oktyabr 2016 13:52 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda “Azərbaycanda dövlət-din münasibətləri-25 il” mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Azərbaycandakı dini konfessiyaların nümayəndələri, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin və Bakı İslam Universitetinin tələbə-müəllim heyəti iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, MDB məkanında “Dini etiqad azadlığı haqqında” qanun ilk dəfə Azərbaycanda qəbul olunub: “Bu gün Azərbaycanda vicdan azadlığı təmin edilib. Azərbaycan prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində dini konfessiyalar arasında multikultural mühit qorunub saxlanılıb, artıq bu dəyərlər xaricə ixrac olunur”.

QMİ sədrinin müavini Rəşad Əliyarlı isə bildirib ki, QMİ 25 il ərzində çox böyük inkişaf yolu keçib. O qeyd edib ki, ölkədəki şiə-sünni və dini konfessiyalar arasındakı münasibətlərin pozulmasına yol vermək olmaz.

Sonra tədbirdə dini konfessiyaların nümayəndələri çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR