Aİ-nin Azərbaycan üzrə alt komitələrinin Bakıda keçiriləcək iclaslarının vaxtı məlum olub

Aİ-nin Azərbaycan üzrə alt komitələrinin Bakıda keçiriləcək iclaslarının vaxtı məlum olub
# 11 oktyabr 2016 08:31 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqının Azərbaycan üzrə alt komitələrinin Azərbaycanda keçiriləcək iclaslarının vaxtı məlum olub.

Aİ-nin Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, sabah oktyabrın 12-də ədliyyə, azadlıq və təhlükəsizlik alt komitəsinin iclası keçiriləcək.

Oktyabrın 13-də insan haqları alt komitəsinin, oktyabrın 14-də isə insanlar arasında münasibətlərə dair komitənin iclası olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR