"Azəriqaz": Əhaliyə verilən qazın həcmi 1,5 mln. kubmetr artıb

"Azəriqaz": Əhaliyə verilən qazın həcmi 1,5 mln. kubmetr artıb
# 17 fevral 2017 07:12 (UTC +04:00)

Hava şəraiti ilə əlaqədar "Azəriqaz" İB aparılacaq təmir işlərini təxirə salıb. Bunu "APA-Economics"ə açıqlamasında "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

İ. Kərbəlayev qeyd edib ki, əhalinin təbii qaza olan tələbatını təmin etmək məqsədilə sərfiyyatda 1 mln. 446 min kubmetr artım var: "Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq. Hava şəraiti qazın verilişində heç bir problemə səbəb olmayıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR