"Gəncəbank"ın kreditorlarının tələblərinin qəbulu başa çatıb

"Gəncəbank"ın kreditorlarının tələblərinin qəbulu başa çatıb
# 06 yanvar 2017 08:42 (UTC +04:00)

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (83)-736/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan "Gəncəbank" ASC-nin ləğvedicisi "Azerbaijan International Consulting Company" MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.


Fonddan "APA-Economics"ə verilən məlumata görə, ləğvedici tərəfindən müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanması barədə 2 noyabr 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində və 2 noyabr 2016-cı il tarixdə Vergilər qəzetində elan yerləşdirilib.


"Banklar haqqında" qanunun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 2 noyabr 2016-cı il tarixdən başlanılıb və 2 yanvar 2017-ci il tarixində başa çatdırılıb. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR