Tbilisidəki Azərbaycan teatrı yeni tamaşa təqdim edib

Tbilisidəki Azərbaycan teatrı yeni tamaşa təqdim edib
# 16 oktyabr 2017 20:02 (UTC +04:00)

Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrı fransız yazıçısı Jan Koktonun “Fəryad edənin səsi” əsəri əsasında hazırlanmış yeni tamaşanı təqdim edib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, tamaşadan öncə çıxış edən teatrın bədii rəhbəri Varlam Nikoladze Gürcüstan Dövlət Pantomim Teatrının rəhbərliyinə tamaşanın nümayiş etdirilməsi üçün yaratdığı şəraitə görə təşəkkür edib. Onun sözlərinə görə, Azərbaycan teatrının binası qəzalı vəziyyətdə olduğundan tamaşalarını Pantomim teatrında tamaşaçılara təqdim edəcək.

Rejissoru Davit Nikoladzenin olduğu tamaşada iki aktyor - Leyla Qasımova və Anar Hümbətov oynayıblar. Tamaşa sevgilisinin ona qarşı xəyanət və biganəliyindən şikayətlənən, lakin bu vəziyyətlə barışmış qadının monoloqundan ibarətdir.

Mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və azərbaycanlı gənclər tamaşanı maraqla qarşılayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR