Penitensiar xidmətdən çıxarılan general və polkovnikə DTX-da vəzifə verilib

Penitensiar xidmətdən çıxarılan general və polkovnikə DTX-da vəzifə verilib
# 22 noyabr 2016 11:33 (UTC +04:00)

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) kadr təyinatı olub.


APA-nın məlumatına görə, DTX-nın Heydər Əliyev adına Akademiyasının rəis müavini Nizaməddin Cəlilov DTX-da idarə rəisinin müavini, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi olmuş Rafiq Ramazanov isə idarə rəisi təyin edilib.

Qeyd edək ki, N. Cəlilov DTX-nın Heydər Əliyev adına Akademiyasının rəis müavin təyinatına qədər Penitensiar Xidmətin rəis müavini, R. Ramazanov isə Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsində çalışıb.

N. Cəlilov general-mayor, R. Ramazanov isə polkovnikidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR