Moskva ətrafında hidroplan və helikopterin toqquşması nəticəsində ölən 9-cu şəxsin cəsədi tapılıb

Moskva ətrafında hidroplan və helikopterin toqquşması nəticəsində ölən 9-cu şəxsin cəsədi tapılıb
# 11 avqust 2015 04:58 (UTC +04:00)

Bakı-APA. Moskva ətrafında İstrinski su anbarı üzərində hidroplan və helikopterin toqquşması nəticəsində ölən 9-cu şəxsin cəsədi tapılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bildirib. Məlumata görə, ölən şəxsin cəsədi sudan tapılaraq sahilə çıxarılıb.

Qeyd edək ki, avqustun 8-də İstrinski su anbarı üzərində hidroplan və helikopterin toqquşması nəticəsində ikisi uşaq olmaqla 9 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR