STAR neft emalı zavodunun 100 min kubmetrlik ilk xam neft tankının tikintisinə başlanılıb

STAR neft emalı zavodunun 100 min kubmetrlik ilk xam neft tankının tikintisinə başlanılıb
# 13 avqust 2015 07:39 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Petkim”də xlor fabrikinin tutumunu artıracaq 20 mln. dollar investisiya qoymaq üçün rəhbərliyə məlumat verilib”.

APA-Economics”in məlumatına görə, bu barədə "SOCAR Turkey"in prezidenti Kənan Yavuz bildirib.

K.Yavuzun sözlərinə görə, konteyner gəmilərinə və Nəmrud limanlarında istifadə olunacaq 5 ədəd dartqı qurğusu “Petkim” tərəfindən alınıb.

“Liman tikintisi artıq son mərhələdədir. Türkiyənin ən yüksək standartlarına cavab verəcək “Petlim” limanı yaxın zamanlarda istifadəyə veriləcək”, - K.Yavuz bildirib.

"SOCAR Turkey"in prezidenti əlavə edib ki, artıq neft emalı zavodunun 100 min kub metrlik ilk xam neft tankının tikintisinə start verilib.

“Hər sahədə işlər gedir. Türkiyə tarixinin ən böyük istehsalçı investoru olaraq investisiyalarımızın hər gün artığını görmək bizə qürur verir. Biz Petkim yarımadasına, TANAP-a 10 milyard dollar investisiya qoymuşuq. Türkiyənin sənaye üzrə ən böyük investoruyuq. Bu investisiyalar ilə Türkiyə və Azərbaycan bayraqları daha yüksəklərdə dalğalanacaq”, - K.Yavuz vurğulayıb.

Qeyd edək ki, Petkim bu ilin ilk yarısında 83 milyon dollardan çox gəlir əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR