Əməkdar artist Ənvər Həsənovun 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib

Əməkdar artist Ənvər Həsənovun 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib
# 18 avqust 2015 18:06 (UTC +04:00)

Kinostudiyadan APA-ya verilən məlumata görə, Ə. Həsənov 50 ildir ki, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında fəaliyyət göstərir, aktyor kimi filmlərə çəkilir, eyni zamanda ikinci rejissor kimi filmlərin istehsalı ilə məşğul olur:

“Aktyor və rejissor Ənvər Həsənovun milli kino tariximizdə layiqli yerini tutmuş Muradı (“Uşaqlığın son gecəsi”), Cəlalı (“Yeddi oğul istərəm”), Şahbaz bəyi (“Dərviş Parisi partladır”) bugünkü gənclərimizin simvollarıdır. Bu obrazlara ekran həyatı verən aktyora həmin qəhrəmanlar tamaşaçı sevgisi və alqışı bəxş edirlər. Ənvər müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, kinomuzun inkişafı naminə gördüyünüz bütün işlərdə uğurlar diləyirik”.

Qeyd edək ki, Ə. Həsənov 1950-ci ildə Bakıda anadan olub. 1965-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Adil İsgəndərovun açdığı kino aktyoru kursuna daxil olub, 1969-cu ildə kinoaktyor kursunu bitirib. 1969-1973-cü illərdə M.A.Əliyev adına ADİİ-nun kino və dram aktyorluğu fakültəsində təhsil alıb. 1965-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışır.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR