Parisdə 1365 traktorun iştirakı ilə fermerlərin etiraz aksiyası keçirilir

Parisdə 1365 traktorun iştirakı ilə fermerlərin etiraz aksiyası keçirilir
# 03 sentyabr 2015 11:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Fransada 1365 traktor aqrobiznes sahəsindəki böhranla bağlı aksiyada iştirak üçün Parisə doğru hərəkət edir.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, fermerlərlə yanaşı, 91 avtobusun sərnişinləri də etiraz aksiyalarına qoşulub.

Şəhərə aparan əsas magistral yollarda hərəkət bu gün səhər məhdudlaşdırılıb. Kənd təsərrüfatı texnikası Parisə əsas avtomagistrallar olan А13, А10, А6, А1, А4 vasitəsi ilə girir.

Fransa paytaxtının rəhbərliyi əhalini mümkün qədər şəxsi avtomobillərindən istifadə etməməyə çağırıb.

Qeyd edək ki, Fransada ucuz alış qiyməti ilə bağlı fermerlərin aksiyası iyulun ortasından keçirilir.

Aqrobiznes sahəsinin işçiləri ət və süd məhsullarının alış qiymətinin kifayət qədər artırılması və dövlət yardımı proqramlarının artırılması tələbləri ilə çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR