Azərbaycanda törəməsi olan bank 1 mlrd. manatdan çox mənfəət əldə edib

Azərbaycanda törəməsi olan bank 1 mlrd. manatdan çox mənfəət əldə edib
# 28 noyabr 2016 09:30 (UTC +04:00)

“VTB Qrup” cari ilin 10 ayını xalis mənfəətlə başa vurub.

APA-Economics” rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qrupun London fond birjasındakı məlumatlarında qeyd olunub.

Məlumata əsasən, bankın hesabat dövründə əldə etdiyi xalis mənfəət 38 mlrd. rubl və ya 1 mlrd. 10 mln. 800 min manat təşkil edib. Bu isə Qrupun illik müqayisədə əldə etdiyi zərərdən 7,9 mlrd. rubl çoxdur.

Oktyabrda “VTB Qrup” 3,9 mlrd. rubl xalis mənfəət əldə edib. Bu isə 2015-ci ilin analoji dövrü ilə müqayisədə 30% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR