Bakıda Milad bayramı ilə əlaqədar tədbir keçirilib

Bakıda Milad bayramı ilə əlaqədar tədbir keçirilib
# 09 yanvar 2017 17:28 (UTC +04:00)

Rus pravoslav kilsəsinin Bakı və Azərbaycan pravoslavlar yeparxiyası pravoslav xristianların Milad bayramı ilə əlaqədar qəbul təşkil edib.

APA-nın məlumatına görə, tədbiri açan rus pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının başçısı Arxiyepiskop Aleksandr geridə qoyduğumuz ilin Azərbaycan üçün xüsusi il olduğunu söyləyib.

"Bu il ölkəmiz daxili inkişafa nail olub, beynəlxalq arenada mövqeyini gücləndirib. Ötən il multikulturalizm ili elan olunması birdəfəlik aksiya deyildi. Bu artıq həyat tərzinə xas olan cəhətidir", deyə Arxiyepiskop Aleksandr qeyd edib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kəmal Abdulla pravoslav icmasını Milad bayramı münasibəti ilə təbrik edib. Sonra Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyxulislam Allahşükür Paşazadənin təbrik məktubu tədbir iştirakçılarına oxunub.

Tədbirdə ictimai siyasi xadimlər,diplomatik nümayəndəliklərin üzvləri, millət vəkilləri, incəsənət xadimləri, din xadimləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR