SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına start verilir

SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına start verilir
# 19 oktyabr 2016 05:56 (UTC +04:00)

Bakı - APA-Economics. SOCAR istiqrazları (ISIN AZ2001019895) Bakı Fond Birjasında (BFB) REPO predmeti siyahısına əlavə edilib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu o deməkdir ki, istiqrazların BFB-də təkrar bazar ticarəti ilə bərabər onlarla REPO əməliyytaları da həyata keçirmək mümkündür.

Qeyd edək ki, REPO predmeti olaraq yüksək likvidli, market-meykeri olan alətlər seçilir. SOCAR istiqrazlarının market-meykeri qismində "PSG Kapital İnvestisiya Şirkəti" QSC iştirak edir və SOCAR istiqrazlara geriyə alış təminatı verir.

SOCAR istiqrazlarının REPO təminat əmsalı Milli Depozit Mərkəzi ilə razılaşdırılaraq 5% təyin edilib.

Xatırladaq ki, REPO institutsional investorlara qısamüddətli likvidliyin idarə olunması məqsədi ilə repo predmeti müqabilində vəsit cəlb etmək/yerləşdirmək imkanı verən alətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR