“Atəşgah Sığorta” ötən ilə zərərlə yekun vurub

“Atəşgah Sığorta” ötən ilə zərərlə yekun vurub
# 05 aprel 2018 08:09 (UTC +04:00)

“Atəşgah Sığorta” ASC ötən il aktivlərini artırıb.

APA-Economics” xəbər verir ki, “Atəşgah Sığorta”nın məcmu aktivləri 2016-cı illə müqayisədə 3,46% artaraq 42 mln. 983,304 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 12 mln. 561,461 min manat, qısamüddətli aktivləri 30 mln. 421,843 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 12,6% artaraq 30 mln. 3,453 min manat olub. 2017-ci ildə şirkətin uzunmüddətli öhdəlikləri 28 mln. 524,820 min manat, qısamüddətli öhdəlikləri isə 1 mln. 478,633 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 5 mln. 8,500 min manat, cəmi kapitalı isə 12,9% azalaraq 12 mln. 979,851 manat təşkil edib.

2017-ci ildə “Atəşgah Sığorta”nın cəmi gəlirləri 39 mln. 572 min 52,45 manat, cəmi xərcləri 40 mln. 599 min 459,18 manat olub.

Şirkət ötən ili 1 mln. 27 min 406,73 manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR