Deputat ölkədən çıxarılan vəsaitlərlə bağlı Hesablama Palatasından hesabat tələb edib

Deputat ölkədən çıxarılan vəsaitlərlə bağlı Hesablama Palatasından hesabat tələb edib
# 14 aprel 2017 11:26 (UTC +04:00)

"Heç kəsə sirr deyil ki, bəzi layihələrə ayrılan vəsaitlər ölkədən çıxarılıb. Niyə Hesablama Palatası bununla bağlı vaxtında tədbirlər görməyib?" "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı millət vəkili Fərəc Quliyev deyib.

Millət vəkili qeyd edib ki, ölkədən nə qədər vəsaitin çıxarıldığı və hansı tədbirlərin görüldüyü barədə məlumat verilməlidir: "Dövlət büdcəsindən yayınan vəsaitlər hesabına villalar tikildi. Sonrada Bakı Şəhər İcra Hakimiyyəti bu villaları sökdü. Bu tikililər sökülməməli, dövlət mülkiyyəti sayılmalı, məktəb və ya bağça kimi istifadə olunmalıdır. Biz bu tikililəri sökməklə itirilmiş pulları bir daha itirmiş oluruq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR