İranın Bəndər Abbas şəhərindəki yanğında 3 nəfər ölüb

İranın Bəndər Abbas şəhərindəki yanğında 3 nəfər ölüb
# 24 yanvar 2018 14:08 (UTC +04:00)

İranın Bəndər Abbas şəhərində qır anbarında yanğın baş verib.


APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Bəndər Abbas şəhərinin Liman küçəsində yerləşən “Səng Meh” şirkətində baş verib.


İranın Təcili Tibbi Yardım Xidmətinin sözçüsü Müctəba Xalidi deyib ki, yanğın nəticsəində indiyədək 3 nəfər həyatını itirib, 2 nəfər yaralnıb. Yaralılar Bəndər Abbas şəhərinin Sahibəz-Zaman xəstəxanasına yerləşdirilib. Hələlik yanğın davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR