EBRD prezidenti: "Azərbaycan indiyədək 2,5 mlrd. avro yatırmışıq"

EBRD prezidenti: "Azərbaycan indiyədək 2,5 mlrd. avro yatırmışıq"
# 21 oktyabr 2016 11:01 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı" (European Bank Reconstruction and Development, EBRD) Azərbaycana təxminən 270 mln. avro həcmində investisiya yatırıb". "APA-Economics" xəbər verir ki, bunu EBRD-nin prezidenti Suma Çakrabarti "Caspian Energy" jurnalına müsahibəsində deyib.


Onun sözlərinə görə, EBRD tərəfindən Azərbaycana ümumi investisiyaların həcmi 2,5 mlrd. avroya bərabərdir: "Biz daha çox özəl sektora investisiya ayırırıq. Bunu qeyd etmək mənim üçün çox vacibdir, çünki biz kiçik və orta sahibkarlığın inkişafına həddindən artıq zaman və səy sərf edirik. Böyük kapitallı layihələrə gəlincə, hesab edirəm ki, bunlar əsasən Xəzər regionunda enerji və enerji təchizatı mənbələrinin və marşrutlarının diversifikasiyasına yardım göstərən enerji və təbii ehtiyatlar sektoruna aid layihələrdir. Biz hazırda "Cənub Qaz Dəhlizi" layihəsinə necə özəl bir töhfə verə biləcəyimiz barədə düşünürük. TANAP layihəsinə dəstək məqsədilə EBRD olaraq kommersiya banklarını da cəlb etməklə xüsusi əhəmiyyətə malik sindikatlaşdırılmış maliyyə paketi ayıra bilərik. Hal-hazırda TANAP-ın maliyyələşdirilməsi ilə bağlı imkanları nəzərdən keçirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR