ABŞ Dövlət Departamenti Putinin bəyanatına şərh verməyib

ABŞ Dövlət Departamenti Putinin bəyanatına şərh verməyib
# 30 dekabr 2016 17:42 (UTC +04:00)

ABŞ administrasiyası Rusiya prezidentinin rəsmi Vaşinqtonun addımlarına cavab olaraq amerikalı diplomatların ölkədən çıxarılmamasına dair qərarı ilə tanış olub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Qərardan xəbərimiz var. Buna hər hansı əlavəmiz yoxdur”, deyə Dövlət Departamentinin rəsmisi qeyd edib.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik üzrə Şurası Putinin qərarı ilə əlaqədar şərh verməkdən imtina edib.

Xatırladaq ki, ABŞ 35 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR