Baş həkim: “İl ərzində xəstəxanaya qəbul edilən uşaqların 3-4 faizində ölüm halları baş verir”

Baş həkim: “İl ərzində xəstəxanaya qəbul edilən uşaqların 3-4 faizində ölüm halları baş verir”
# 02 noyabr 2016 09:16 (UTC +04:00)

Bu ilin 9 ayı ərzində Ə. F. Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına 26 min xəstə müraciət edib ki, onlardan 7998-i stasionar müalicəyə qəbul olunub.

APA-nın xəbərinə görə, bunu xəstəxananın baş həkimi Azər Xudiyev deyib. O xatırladıb ki, xəstəxanaya ötən ilin müvafiq dövründə 30 min xəstə müraciət edib və onlardan 10 mini stasionar müalicəyə qəbul edilib. Baş həkim qeyd edib ki, müraciətlər xəstəxananın profilinə uyğun olaraq somativ və infeksion profilli olur: “Somatik profilli xəstəliklərə tənəffüs yolları, ağciyər, pnevmoniya, kəskin bronxit, kəskin respirator xəstəliklər daxildir. İnfeksion profilə isə daha çox mədə-bağırsaq, bağırsaq infeksiyası ilə bağlı xəstəliklər aid edilir. Xəstəxanaya belə müraciətlər daha çoxdur”.

A. Xudiyev ötən illə müqayisədə ölüm hallarının statistikasında dəyişiklik olmadığını vurğulayıb. İl ərzində xəstəxanaya qəbul edilən xəstələrin 3-4 faizində ölüm hallarının baş verdiyini bildirən baş həkimin sözlərinə görə, ölüm halları daha çox kiçik yaşlı (3-4 arası) uşaqlarda müşahidə olunur. O əlavə edib ki, botulizmdən zəhərlənmə ilə bağlı bu ilin 9 ayı ərzində xəstəxanaya 9 uşaq daxil olub. Bu xəstəliklərdən ölüm hallarına çox rast gəlinsə də, həmin uşaqların hamısı sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR