Lukaşenko: "Referendumdan sonra Azərbaycanın imici yüksəldi"

Lukaşenko: "Referendumdan sonra Azərbaycanın imici yüksəldi"
# 28 oktyabr 2016 11:03 (UTC +04:00)

“Azərbaycan hakimiyyətini və xalqını yaxşı verdiyi imtahan - referendum münasibətilə təbrik edirəm”.

APA-nın “Belta” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Belarusun prezidenti Aleksandr Lukaşnko Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubovla görüşü zamanı deyib. O bildirib ki, referendumun nəticələri hazırki çətin dövrdə Azərbaycan xalqının hakimiyyətə etimadının ən yüksək göstəricisidir: “Bu, çox böyük qələbədir və bunun dünyada necə qiymətləndirildiyini bilirəm. Bütün söz-söhbətlər və cəfəngiyatlar dərhal yox oldu və sizin ölkənin imici yüksəldi”.

A. Lukaşenko qeyd edib ki, bugünki görüş yüksək səviyyədə planlaşdırılan danışıqlar üçün hazırlıq rolu oynayır: “Bir sıra problemlər var ki, biz onları ciddi müzakirə etməliyik”.

Prezident Minsk şəhərinin sülh danışıqları üçün meydan rolunu davam etdirdiyini söyləyib.

Baş nazirin müavini Yaqub Eyyubov isə deyib ki, Belarus dövləti və bu ölkənin prezidenti Azərbaycan dövləti və xalqı üçün ən yaxın və əziz dostdur: “Bu çətin dövrdə Belarusdan başqa hansı dövlət Azərbaycanı bu qədər dəstəkləyərdi? Azərbaycanda problemlər var və siz bu barədə bilirsiniz. Siz Belarus xalqının sevdiyi və dəstəklədiyi şəxs, prezidentsiniz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR