Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 2-si yaralanıb - YENİLƏNİB

Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 2-si yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 04 noyabr 2016 19:29 (UTC +04:00)

Suriyanın şimalında İŞİD-in hücumu nəticəsində ağır yaralanan türk əsgəri şəhid olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

Bundan əvvəl İŞİD-in nəzarətindəki ərazilərdən türk hərbçilərinin olduğu bölgənin qumbaraatanlardan və raketlərdən atəşə tutulduğu, 3 əsgərin yaralandığı, onlardan 1-in vəziyyətinin ağır olduğu bildirilirdi.

***

21:21

Türkiyə Silahlı Qüvvələrinin 3 əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda yaralanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

İŞİD-in nəzarəti olduğu ərazilərdən türk hərbçilərinin olduğu bölgə qumbaraatanlardan atəşə tutulub, digər ərazi isə raketlərdən atəşə tutulub. Nəticədə 3 əsgər yaralanıb, onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Bölgədə əməliyyatlar davam edilir. Qeyd edək ki, “Firat qalxanı” adlı əməliyyata avqustun 24-də start verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR