AFFA “Xəzər Lənkəran”ın pulunu ödəyib

AFFA “Xəzər Lənkəran”ın pulunu ödəyib
# 23 dekabr 2016 13:36 (UTC +04:00)

UEFA-dan “Xəzər Lənkəran”a ödənilən pul klubun hesabına köçürülüb. Apasport.az saytı xəbər verir ki, 2015-2016-cı il mövsümü üçün uşaq futboluna görə UEFA tərəfindən ayrılan 51 min 104 avro əyalət klubuna ödənib.

Bir müddət UEFA tərəfindən AFFA-ya göndərilən məbləği saxlayan sonuncular qitə futbol qurumuna müraciət göndərmişdi. Cənubluların yaranan borc öhdəlikləri ilə əlaqədar UEFA-ya yönələn sorğuya gələn cavabda maliyyə vəsaitinin müvafiq qaydada “Xəzər Lənkəran” klubunun hesabına köçürülməsi qeyd olunub. Bu gün də vəsait AFFA tərəfindən “Xəzər Lənkəran” klubunun hesabına köçürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR