Cəlilabadda ev yanıb

 Cəlilabadda ev yanıb
# 29 dekabr 2016 13:41 (UTC +04:00)

Cəlilabad şəhərində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 104 m2 birmərtəbəli, 3 otaqlı evin 1 otağının tavanı və içərisində olan ev əşyaları 13 m2 sahədə yanıb. Evin qalan hissəsi və evə bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR