Oğuzda qadın çardaqdan yıxılıb

Oğuzda qadın çardaqdan yıxılıb
# 16 yanvar 2017 06:45 (UTC +04:00)

Oğuzda çardaqdan yıxılan 52 yaşlı qadın ağır xəsarət alıb.


Oğuz Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanvarın 15-i saat 11 radələrində rayonun Padar kənd sakini 52 yaşlı Mahiyə Abbasova çardaqdan yıxılıb.

Onun müxtəlif dərəcəli ağır bədən xəsarətləri alması barədə Oğuz MRX-nın Təcili Tibbi Yardım Şöbəsinə məlumat daxil olub. Hadisə yerinə cəlb edilmiş həkim briqadası xəstənin vəziyyətini nəzərə alaraq onu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına (ŞMX) aparıb.

Mingəçevir ŞMX-dan APA-ya bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Mahiyə Abbasovaya ağır qapalı kəllə-beyin travması və boyun fəqərələrinin çatı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR