ATƏT: Donbasda münaqişə tərəfləri ağır silahları geri çağırmağa razılaşıblar

ATƏT: Donbasda münaqişə tərəfləri ağır silahları geri çağırmağa razılaşıblar
# 15 fevral 2017 20:26 (UTC +04:00)

Donbasda münaqişə tərəfləri fevralın 20-dək ağır silahları geri çağırmağa razılaşıblar.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bəyan edib.

«Münaqişə tərəfləri fevralın 20-dək silahları geri çəkməyə razılaşıblar. Bu, Təmas grupunun keçirdiyi iclasın ən mühüm qərarı olub. Bu gün biz atəşin tam dayandırılması, silahların geri çəkilməsi, mülki əhali və mühüm infrastruktur obyektlərinin müdafiəsinə xüsusi diqqət yetirmişik”, deyə M.Saydik bildirib.

Qeyd edək ki, bundan əvvəl Donbasda münaqişə tərəfləri fevralın 5-dək ağır silahların geri çağırılması barədə razılaşma əldə etsə də, qərar kağız üzərində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR