UEFA-nın FİFA-dakı təmsilçiləri müəyyənləşib

UEFA-nın FİFA-dakı təmsilçiləri müəyyənləşib
# 05 aprel 2017 15:30 (UTC +04:00)

Bu gün Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın 41-ci Konqresi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə qitə futbol qurumunun İcraiyyə Komitəsinə seçkilərlə yanaşı, FİFA-nın Şurasındakı yeni UEFA təmsilçiləri seçilib.

Səsvermənin yekunlarına əsasən, Deyan Saviçeviç (Monteneqro), Şandor Çani (Macarıstan) və Kostakis Kutsokumnis (Kipr) qarşıdakı 4 ildə FİFA-nın İdarə Heyətində yer almaq hüququna yiyələniblər.

Bununla yanaşı, UEFA-nın İcraiyyə Komitəsində olan almaniyalı Reynhart Qrindel də qarşıdakı 2 ildə FİFA-da qitə futbol qurumunu təmsil edəcək. O, bu postda Volfqanq Nirsbaxı əvəz edib.

Qeyd edək ki, FİFA-nın İdarə Heyəti üçün 4 yerə 5 nəfər namizədliyini irəli sürmüşdü. Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutkonun namizədliyi siyasi məsələlərə görə qəbul edilməmişdisə, İslandiya Futbol Assosiasiyasının sabiq rəhbəri Qeyd Torsteynsson seçkilərdən öncə geri addım atmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR