Müəllim hazırlığı sahəsində müəyyən dəyişiklər təklif edilib

Müəllim hazırlığı sahəsində müəyyən dəyişiklər təklif edilib
# 18 aprel 2017 08:58 (UTC +04:00)

Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində müəyyən dəyişiklərin edilməsi təklifini irəli sürüb.

APA-nın xəbərinə görə, ali məktəbin rektoru Cəfər Cəfərov "Sağlam təhsil-sağlam millət: görülən işlər, nailiyyətlər, perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfransda bildirib ki, sağlam təhsil texnologiyası yalnız ibtidai sinif müəllimliyi hazırlığında deyil, bütün fakültələrdə tətbiq edilməlidir. Onun sözlərinə görə, ADPU-nun bütün ixtisaslarında 150 saat mülki müdafiə və tibbi biliklərin əsasları tədris olunur: “Bu fənnin tədrisi üçün zəruri şərait və avadanlıqlar olmadığından səmərəli nəticə vermir. Həmin dərsə məktəb gigiyenası fənnini də birləşdirməklə bu işi daha optimal şəkildə tədris etmək olar”.

Rektor əlavə edib ki, “Sağlam təhsil-sağlam millət” layihəsinin əsas məqsədlərində biri təhsilin bütün mərhələsində yeni nəsil dərs vəsaitlərinin hazırlanması, yeni düşüncəyə malik tərbiyə texnologiyasının yaradılması, peşə və ixtisas hazırlığına malik müəllimlərin hazırlanmasıdır. Onun sözlərinə görə, hazırda Bakı və Sumqayıtda 35 təhsil müəssisəsində “Sağlam təhsil-sağlam millət” layihəsi tətbiq edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR