Azərbaycanda yeni insan orqanının mülki dövriyyəsinə icazə verilir

Azərbaycanda yeni insan orqanının mülki dövriyyəsinə icazə verilir
# 18 aprel 2017 16:13 (UTC +04:00)

Azərbaycanda gözün buynuz qişasının mülki dövriyyəsinə (transplantasiyasına) icazə verilir. APA-nın məlumatına görə, bununla bağlı “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna yeni 19-cu maddə (Gözün buynuz qişası) əlavə olunur.

Maddəyə görə, gözün buynuz qişasının zədələnməsi, yaxud xəstəlik nəticəsində sıradan çıxması zamanı ən effektiv müalicə üsulu buynuz qişanın transplantasiyasıdır. Bu əməliyyat hal-hazırda dünyada çox geniş tətbiq olunur, bir çox ölkələrdə göz bankaları vardır və buynuz qişanın dövriyyəsini beynəlxalq hüquq qadağan etmir. Azərbaycanda da bu əməliyyatın keçirilməsi üçün lazımi maddi-texniki şərait və mütəxəssislər var. Qanunda edilən dəyişiklik gözün buynuz qişasının Azərbaycanda mülki dövriyyəsinə xüsusi icazə verilməsini nəzərdə tutur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR