Türkiyədən Azərbaycana psixotrop maddə gətirən qadınların məhkəməsi başlayıb

Türkiyədən Azərbaycana psixotrop maddə gətirən qadınların məhkəməsi başlayıb
# 24 aprel 2017 09:37 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində və qaçaqmalçılıqda təqsirləndirilən Səyalə Nağıyeva və Nisə Babayevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın xəbərinə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 1-nə təyin edilib.

Təqsirləndirilən şəxslər 2017-ci ilin yanvarında psixotrop maddəni şəxsi istehlak məqsədilə Türkiyədən Azərbaycana keçirərkən saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 234.1. (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 206 (qaçaqmalçılıq) maddələri üzrə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR