Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb

Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb
# 25 iyul 2017 15:37 (UTC +04:00)

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin M.Maqomayev və H.Əliyev prospektinin kəsişməsində qeydə alınıb.

Sürətlə hərəkət edən “VAZ-2107” və “Opel” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobil qəzası zamanı Mingəçevir şəhər sakinləri - 1971-ci il təvəllüdlü Sadiq Oqtay oğlu Abbakarov və 1997-ci il təvəllüdlü Cavid Asif oğlu Soltanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR