Gürcüstanın miqrasiya qanunvericiliyini pozan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanın miqrasiya qanunvericiliyini pozan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
# 09 avqust 2017 14:49 (UTC +04:00)

2017-ci ilin yanvar-iyun aylarında Gürcüstanda xarici vətəndaşlar tərəfindən viza rejiminin pozulması ilə bağlı 1 281 fakt qeydə alınıb.

APA-nın yerli bürosunun Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, müvafiq dövr ərzində 85 nəfər Azərbaycan vətəndaşı Gürcüstanla viza rejimini pozub.

Qeyd olunan dövr ərzində sözügedən qaydalara ən çox İran vətəndaşları riayət etməyiblər (244 nəfər). Bu cür qayda pozuntularına ən çox yol verən xarici ölkə vətəndaşlarının sayına görə Çin (197 nəfər), Rusiya (174 nəfər), Ermənistan (114) ilk yerləri tutub.

Bu ilin ilk altı ayı ərzində Gürcüstandan 44 xarici vətəndaş çıxarılıb ki, bunların da 6-sı Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Gürcüstan ərazisində vizasız 90 gün yaşaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR