Goranboyda zəncirvari avtomobil qəzası baş verib

Goranboyda zəncirvari avtomobil qəzası baş verib
# 18 avqust 2017 11:40 (UTC +04:00)

Goranboy rayonunda üç avtomobil toqquşub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb. “VAZ 2106”, “VAZ 2107” və “Tofaş” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR