Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
# 24 sentyabr 2017 09:25 (UTC +04:00)

Tovuzda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, başqa bir minik avtomobili ilə toqquşan “Mercedes” markalı minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Arif Əsgərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR