Meksikada hissələrə bölünmüş insan meyitləri aşkarlanıb

Meksikada hissələrə bölünmüş insan meyitləri aşkarlanıb
# 06 noyabr 2017 23:56 (UTC +04:00)

Meksikanın Qerrero ştatında hissələrə bölünmüş 7 insan meyiti aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, plastik paketlərə yığılmış meyit hissələri Çilapa şəhəri yaxınlığında yolun kənarında aşkarlanıb.

Qeyd edək ki, bu qeyd olunan rayonda ilk hadisə deyil. Bu ilin martında 13 plastik paketə yığılmış 7 meyitin hissələri tapılmışdı. Cinayətə səbəb kimi yerli cinayətkar qruplaşmalar arasında narkotik bazarına nəzarət uğrunda davam edən mübarizə göstərilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR