Mədəniyyət və Turizm Nazirliyinin "Şahdağ Turizm Mərkəzi" QSC-nin keçirdiyi iki tenderin qalibi elan olunub.
"APA-Economics" xəbər verir ki, "Şahdağ Turizm Mərkəzi"nin su nasoslarının satınalınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda "Termotec" MMC qalib şirkət elan olunub.
Bundan başqa, QSC-nin maliyyə işləri üzrə konsaltinq xidmətinin satınalınması ilə əlaqədar dərc edilmiş kotirovka sorğusunda "Professional-N Konsaltinq" MMC qalib olub.
Hər iki şirkətlə müvafiq satınalma müqaviləsi bağlanılıb.