Zaqatala və Bakıda avtomobil yanıb

Zaqatala və Bakıda avtomobil yanıb
# 17 yanvar 2018 06:17 (UTC +04:00)

Zaqatala minik avtomobili yanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Yuxarı Tala kəndində kənd sakini Qurban İsayeviç Ömərova məxsus “Opel Astra” markalı 62 BT 584 dövlət nömrə nişanlı minik avtomobil yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını cəlb edilib. Yanğın nəticəsində avtomobilin mühərriki və salonunun yanar konstruksiyaları yanıb.

Bakı şəhəri, Nizami rayonunda isə "Ford" markalı yük avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. ​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR