Şəmkirdə itkin düşən şəxsin meyiti dağlıq ərazidə tapılıb

Şəmkirdə itkin düşən şəxsin meyiti dağlıq ərazidə tapılıb
# 23 fevral 2019 10:45 (UTC +04:00)

Şəmkirdə itkin düşən şəxsin meyiti dağlıq ərazidə aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan xəbərə əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb. Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Axtarış nəticəsində F.Hüseynovun meyiti tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR