Natiq Kərimovun ev dustaqlığının və istintaqının müddəti uzadılıb

Natiq Kərimovun ev dustaqlığının və istintaqının müddəti uzadılıb
# 12 oktyabr 2016 13:37 (UTC +04:00)

Natiq Kərimovun ev dustaqlığının və istintaqının müddəti uzadılıb

Bakı. Şəhriyar Əlizadə – APA. Səbayel rayon Məhkəməsində Nardaran sakini Natiq Kərimovun barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması haqqında istintaq orqanının təqdimatına baxılıb.

Vəkil Eyyub Ələkbərovun APA-ya verdiyi xəbərə görə, məhkəmə onun barəsindəki qətimkan tədbirinin və cinayət işi üzrə ibtidai istintaqın müddətini fevralın 6-dək uzadıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR