Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
# 13 dekabr 2016 00:44 (UTC +04:00)

Türkiyənin Van vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.

APA-nın “Milliyet”-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Özalp rayonunda, ocağı isə 5 km dərinlikdə yerləşib.

Bir sıra yaşayış məntəqələrində hiss olunan yeraltı təkanlar əhali arasında qısamüddətli təşvişə səbəb olub.

İlkin məlumata əsasən, dağıntı və zərərçəkən yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR