Sumqayıtda sığorta şirkətinə məxsus ofis yanıb

Sumqayıtda sığorta şirkətinə məxsus ofis yanıb
# 02 yanvar 2017 07:00 (UTC +04:00)

Sumqayıt şəhərində yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında istinadən verdiyi məlumata görə, nəticədə üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən "Azərsığorta" şirkətinə məxsus ümumi sahəsi 50 m2 olan 1 otağında 6 m2 sahədə arxiv sənədləri yanıb və yüksək temperaturdan lambirdən ibarət tavan 10 m2 sahədə əriyib.

Sığorta şirkətinin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR