“British Airways” aviaşirkəti Las-Veqas aeroportunda baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yayıb

“British Airways” aviaşirkəti Las-Veqas aeroportunda baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yayıb
# 09 sentyabr 2015 15:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “British Airways” aviaşirkəti Las-Veqas aeroportunda baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yayıb.

APA-Economics”in məlumatına görə, “British Airways” aviaşirkəti rəsmi olaraq bildirib ki, Las-Veqas şəhərinin aeroportunda təyyarədə yaşanan hadisə zamanı avialaynerin göyərtəsində 157 sərnişin olub. “Onlardan səkkizi yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb. “British Airways” şirkəti zərər çəkmiş sərnişinlərə yardım göstərmək məqsədilə bir qrup əməkdaşını müvafiq xəstəxanalara göndərib. Tibbi müayinədən sonra bütün xəsarət alanlar artıq evlərinə buraxılıb”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR