Bakıda bağ evinə basqın edən maskalılar yaxalanıb

Bakıda bağ evinə basqın edən maskalılar yaxalanıb
# 10 sentyabr 2015 08:10 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şüvəlanda vətəndaşa məxsus bağ evinə basqın edən şəxslər yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 9-da saat 04:20 radələrində maskalı şəxslər Şüvəlan qəsəbəsində 1946-cı il təvəllüdlü Şövkət Həşimova məxsus bağ evinə daxil olaraq vətəndaşa qarşı zor tətbiq ediblər.

Xəzər rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməli törətməyə cəhd göstərməkdə şübhəli bilinən qəsəbə sakinləri – 1988-ci il təvəllüdlü Samid Tahirov, 1993-cü il təvəllüdlü Elnur Muradov və 1994-cü il təvəllüdlü Nahid Razıyev müəyyən olunaraq tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR