Gəncə-Şəmkir yolunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Gəncə-Şəmkir yolunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 31 iyul 2018 07:35 (UTC +04:00)

Gəncə-Şəmkir yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

DİN Mətbuat Xidmətinin Qərb regional qrupundan APA-ya verilən məlumata görə, Göygöl rayon Quşqara kəndində Şəmkir rayon Çinarlı kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Elşən Zakir oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Gədəbəy rayonu Rüstəm Əliyev kənd sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Günel Osman qızının idarə etdiyi “Mercedes 190” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 21011”-in sürücüsünün həyat yoldaşı, Şəmkir rayonu Çinarlı kənd sakini, 1987-ci il təvəllüdlü Nəbiyeva Ülviyyə Yaşar qızı aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb, onun ərinin sol ayağı qırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

30 iyul

21.50

Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayonu ərazisində hərəkətdə olan “VAZ 21011”-lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR