Şəhid qızını avtomobillə vurub öldürən şəxsin məhkəməsində müstəntiq ifadə verib - YENİLƏNİB

Şəhid qızını avtomobillə vurub öldürən şəxsin məhkəməsində müstəntiq ifadə verib - <span style="color: red;">YENİLƏNİB
# 13 fevral 2018 08:26 (UTC +04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüqar Abbasov ifadə verib. O, Bakı şəhər Baş Polis İdarəsinin sərəncamında olduğunu, əvvəllər Səbail rayon Polis İdarəsinin müstəntiqi olduğunu deyib. Bildirib ki, təqsirləndirilən şəxsi cinayət işinin istintaqı zamanı tanıyıb: "Hadisə noyabrın 8-də baş verib. Mənə məlumat verilən kimi hadisə yerinə getdik. Avtomaşının nömrəsi üzərində deyildi, baqajdan çıxdı. Sürücünü soruşdum, orada yox idi. Sonra Əmrulla adında bir nəfər gəldi və o, sürücü olduğunu dedi. Əmrullanı dindirən zaman bildim ki, yalan danışır. Mən onun ifadəsini aldım və cinayət işi başladım. Bundan sonra rəhbərliyə məlumat verdim. Sonra təqsirləndirilən şəxs müəyyən edildi və axtarışa verildi. Rəhim özü gəlib təslim oldu və biz cinayət işini tamamlayıb məhkəməyə göndərdik".

Hakim ondan təqsirləndirilən şəxsin hadisə yerindən qaçması barədə ittiham verilməsinin səbəbini soruşub. Şahid bildirib ki, R. Rəhimov, hadisə yerində olmadığı üçün belə qənaətə gəlib: "Rəhim Rəhimov axtarışa veriləndən sonra gəlib təslim oldu, lakin qəza törətməsini etiraf etmədi. Rəhimin atası ilə də söhbətimiz oldu. Dörd gün sonra o, hadisəni oğlunun törətdiyini dedi. Mən onun məcburi gətirilməsi barədə qərar çıxarmaq istədim. Lakin prokuror onun axtarışa verilməsi barədə göstəriş verdi. Mən də axtarışa verdim. Rəhim gəlib dedi ki, "Enerji Club"da olan zaman sürücüsü Əmrulla zəng edib adam vurduğunu deyib. Sonradan hadisəni özü törətdiyini etiraf etdi".

Vəkil Muxtar Mustafayevin suallarını cavablandıran şahid bildirib ki, Rəhim Rəhimovun atası gəlib hadisəni oğlunun törətdiyini deyib və bundan sonra Rəhim təslim olub.

Proses fevralın 20-də davam edəcək.

Qeyd edək ki, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Elton qızı Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən “Jeep Grand Cherokee” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, hadisə yerinin sxemi tərtib edilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası keçirilib.

Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.

R. Rəhimovun atası Akif Rəhimovun "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.

K. Əkbərova şəhid Elton Əkbərovun qızıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR