“Xəzər Dəniz Gəmiçiliyi”nin daha bir tankeri əsaslı təmirdən çıxıb

“Xəzər Dəniz Gəmiçiliyi”nin daha bir tankeri əsaslı təmirdən çıxıb
# 24 yanvar 2017 10:35 (UTC +04:00)

“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Nəsimi” tankeri əsaslı təmirdən çıxıb.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, 13 min ton yükgötürmə qabiliyyətinə malik gəminin “Zığ” Gəmi Təmiri Zavodunda keçən ilin dekabrında başlayan əsaslı təmiri 24 saatlıq növbəli iş prinsipi əsasında həyata keçirilib.

Tankerin gövdəsi, baş və köməkçi mühərrikləri, bütün sistemləri (yük, ballast, soyutma, yağlama sistemləri və s.) yüksək keyfiyyətlə təmir olunub. Radio və naviqasiya cihazları, göyərtə mexanizmləri, lövbər bucurqadı, şpil, xilasedici avadanlıqlar və digər qurğular saz vəziyyətə gətirilib. Gəmi təmirçiləri xidməti və yaşayış otaqlarının da heyətin ürəyincə olması üçün əllərindən gələni əsirgəməyiblər.

Dəniz sınaq yoxlanışından uğurla çıxan “Nəsimi” tankeri növbəti 5 il üçün istismara tam hazırdır.

Dahi Azərbaycan şairinin adını daşıyan tanker Xəzərdə istismar ediləcək, Rusiya, Qazaxıstan, Türkmənistan istiqamətində neft və neft məhsulları daşıyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR