Təhsil haqqı borcu olan tələbələr üçün növbəti elan sessiyası başlayır

Təhsil haqqı borcu olan tələbələr üçün növbəti elan sessiyası başlayır
# 23 yanvar 2017 14:55 (UTC +04:00)

“Maarifçi” Tələbə Kredit Fondu 2016-2017-ci tədris ilinin növbəti elan sessiyasına başlayır.

Fonddan APA-ya verilən xəbərə görə, fondun üçüncü elan sessiyasının tarixi 1 fevral – 15 mart 2017-ci il olaraq müəyyənləşdirib. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri də 2016-2017-ci tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün veriləcək.


Tələblər üçün müəyyənləşdirilən seçim meyarları və kredit şərtləri olduğu kimi saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR