Rio-de-Janeyroda polis helikopteri qəzaya uğrayıb, 4 nəfər ölüb

Rio-de-Janeyroda polis helikopteri qəzaya uğrayıb, 4 nəfər ölüb
# 20 noyabr 2016 03:43 (UTC +04:00)

Braziliyanın Rio-de-Janeyro şəhərində polis helikopterinin qəzaya uğraması nəticəsində 4 asayiş keşikçisi həlak olub.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, qəzanın dəqiq səbəbi hələlik məlum deyil. Helikopterin atəş nəticəsində qəzaya uğraması versiyası istisna olunmur. İnsidentin təfərrüatları hələlik açıqlanmır.

Qeyd edək ki, son zamanlar Rio-de-Janeyro şəhərində zorakılıq halları pik həddə çatıb. İqtisadi tənəzzül, işsizliyin artması və büdcə kəsiri cinayətkarlığın səviyyəsinin xeyli qalxmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR